"28 nömrə"dən 28-ci qol

"28 nömrə"dən 28-ci qol
Premyer Liqanın XXIV turunda keçirilən “Xəzər Lənkəran”la qarşılaşan "İnter"in qoluna penaltidən Baçana Tsxadadze imza atmışdı. Fanat.az xəbər verir ki, bu qol 28 nömrəli futbolkanı geyən futbolçunun "bankirlər"in heyətində vurduğu 28-ci qol olub.
Xatırladaq ki, Tsxadadze “İnter”in heyətində 19 fevral 2011-ci ildə MOİK-lə keçirilən oyunda debüt etmişdi. Bu oyun həmin mövsümdə onun Bakı klubunda heyətində keçirdiyi yeganə qarşılaşma idi. Ancaq növbəti çempionatda o, 29 oyunda meydana çıxmış və 7 qol vurmuşdu. 2012/13 mövsümündə Baçana 29 oyun keçirmiş və 8 qolla fərqlənmişdi. Cari mövsümdə forvard 6 dəfə sözünü deyib. Avropa Liqasında 4 qol vuran gürcü hücumçu Azərbaycan Kubokunda 3 dəfə rəqib qapılarına yol tapıb. Bu göstəriciylə forvard hazırda klubun heyətində çıxış edən ən yaxşı bombardirdi.
Qeyd edək ki, Baçana indiyədək “Xəzər Lənkəran”ı 4 dəfə məyus edib. Gürcü forvard “Rəvan”ın qapısına 6, "Bakı"nın qapısına 5 dəfə yol tapıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər