Prezident mətbuat konfransında ölümlə hədələndi

Prezident mətbuat konfransında ölümlə hədələndi

"Latsio"nun prezidenti Klaudio Lotito ölümlə hədələnib. Fanat.az xəbər verir ki, ölüm təhdidi prezidentə mətbuat konfransı zamanı gəlib.

Belə ki, Lotito klubun çıxışı və planları ilə bağlı mətbuat konfransı keçirirmiş. Bu zaman telefonuna zəng gəlib. Hər gün 70-80 ölüm mesajı aldığını deyən klub rəhbəri jurnalistlərin önündə telefonu açıb. Zəng edənin "Latsio"nun prezidenti Lotito sənsən" sualına hə cavabı verən prezident onun da adını soruşub. Lakin o, "Latsio" azarkeşiyəm" deməklə kifayətlənib. Daha sonra isə zəng edən ondan istefa verməyi, əks halda aqibətinin pis olacağını deyib.

Gündəlik bu tip təhdidlər aldığını deyən Lotito ailəsinin mühafizə altında yaşadığını və bu hədələrdən qorxmadığını bildirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər