"Rəvan" baxışa futbolçu dəvət edib. Fanat.az xəbər verir ki, baş iəşqsi Güvənc Kurtar hazırda Julio Sezar Mendes Moreyranı sınayır.
30 yaşlı müdafiəçi 2006-cı ildə Avropaya gəlib. “Dənizlispor”, "Esikişəhərspor" və “Kocaelispor”da oynadıqdan sonra - 2010-cu ildə Donetsk “Metallurq”una keçən braziliyalı daha sonra aşağı səviyyəli klubların formasını geyinib. Onun son iş yeri "Ada Dəmirspor" olsa da, bu klubdakı çıxışı ilə bağlı heç bir məlumat yoxdu. Bir sözlə, həvəskar səviyyəli "Rəvan" baxışa həvəskar səviyyəli futbolçu dəvət edib. Klubun sahibi Nuru Əliyevi aldadıb bəh-bəhlə sırıdıqları futbolçu 2010-cu ildən sonra heç bir normal klubda oynamayıb. Görünür klubun büdcəsini talamaqla məşğul olanlar indi də yeni baş məşqçi Güvənc Kurtarın əli ilə Nuru Əliyevə kələk gəlmək fikrinə düşüb.
Fanat.az