Mustafa Dənizlinin problemi müəyyənləşdi

Mustafa Dənizlinin problemi müəyyənləşdi
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin xəstəxayana yerləşdirilməsinin səbəbi müəyyənləşib. Fanatöaz xəbər verir ki, bu barədə lent.az-a klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
Nadirov bildirib ki, Dənizli qrip yox, yüksək təzyiq səbəbindən xəstəxanaya yerləşdirilib: "Baş məşqçimiz dünən axşam məşqindən sonra özünü yaxşı hiss etməyib. O, yüksək təzyiqdən şikayətçi olub və bu səbəbdən xəstəxanaya yerləşdirilib. Hazırda səhhəti normal olsa da, hələ evə buraxılmayıb. Həkimlər səhhətinin qəfildən pisləşməsinin səbəbini araşdırırlar".
Nadirovun dediyinə görə, bu gün səhər saatlarında Dənizlinin həyat yoldaşı da Bakıya gəlib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər