Mustafa Dənizli "İnter"lə oyunla (0:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi yenə futbolçu çatışmamazlığından gileylənib:
“Nə deyəcəyimi bilmirəm. Bir neçə həftədi ki, yaxşı oynasaq da, pis oynasaq da məğlub oluruq. Uğursuz bir seriyamız var, bu gün də davam etdi. Çevirə biləcəyimiz bir oyunda məğlub olduq. Bu psixologiya ilə də qələbə qazanmaq olmur. Uğursuz seriyanı qıra bilmədik. Hədəfimiz kubokda uğur qazanmaq idi. Təəssüf ki, yarımfinalda mübarizəni dayandırdıq. Premyer Liqada qazanacağımız bir şey yoxdu. Buna baxmayaraq, komanda uğuru çıxış etməlidi. Komandanın yetirmələrinə də diqqət yetirməliyik. Bu layihəni rəhbərliklə bir daha müzakirə edəcəyik. Məğlub olduğumuz üçün üzülürəm. Çox az sayda yerli futbolçulara sahibik. Formada olsalar da, olmasalar da məcburiyyətdən onları meydana buraxırıq. Biri zədələnəndə nə edəcəyimizi bilmirik. Hamısı mövsüm boyu çox çalışdı, komandanın yükünü çəkdilər. Xüsusən də Tural Cəlilov, Elnur Abdullayev, Rahid Əmirquliyev və Rasim Ramaldanov. Qış fasiləsində bəzi oyunçuları heyətimizə cəlb etmək istəyirdik, alınmadı. Transferlər etməyimiz şərtdi. Hər bir futbolçunun problemi ola bilər”.
Fanat.az