Mustafa Dənizli: "Bizim üçün yaxşı bir gün idi"

Mustafa Dənizli: "Bizim üçün yaxşı bir gün idi"
"Çaykur Rizəspor" Super Liqanın iddialı olmaq istəyən klublarındandı. Əvvəl vəziyyətləri yaxşı idi, sonra biraz aşağı düşdülər. Onlar da qələbə qazana bilərdi, biz də. Bəlkə də bizim qol imkanlarımız daha çox oldu. Dediyim kimi, hazırlıq oyunlarının nəticəsi çox da vacib deyil. Burda gördüyümüz işlər əsasdı. Bizim üçün yaxşı bir gün idi". Fanta.az xəbər verir ki, bu sözləri "Çaykur Rizəspor"la oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.
Türk mütəxəssis Ağabala Ramazanovdan razılıq edib: "Bu gün meydana çıxan ilk heyəti “Xəzər Lənkəran”ın əsas heyəti adlandırmaq olmaz. Bizdə əsas heyət hər həftə dəyişə bioər. Hətta qələbə qazansaq bilər. Bu, oyunçulardan asılıdı. Mən Ağabala Ramazanovu ehtiyatdan heyətə qaytarmışam. Ola bilsin ki, bu gün oyunda özünü göstərə bilmədi. Amma, yaxşı məşq edir. Belə davam edərsə, əsas heyətdə ola bilər".
Dənizli daha 2 transfer edəcəklərini bildirib: "Daha 2 transfer edəcəyik. Onlar reallaşdıqdan sonra daha rahat hazırlaşacağıq. Yeni qapıçımız Vyekoslav Tomiç Türkiyə Super Liqasında 3 il çıxış edib, etibarlı oyunçudu. Faydalı olacağını düşünürəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər