Mustafa Dənizli: "Balıq başdan iylənər" - MÜSAHİBƏ

Mustafa Dənizli: "Balıq başdan iylənər" - MÜSAHİBƏ

"Xəzər Lənəran"ın baş məşqçisi Mustafa Dənizli "Milliyət" qəzetinə geniş müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

- Türk futbolu Mustafa Dənizliyə borcludu, yoxsa Mustafa Dənizli türk futboluna?

- O qədər gözəl sualdı ki, nə deyəcəyimi bilmirəm. Mən türk futbolundan dünyanı aldım. Amma borcumu hələ ödəyə bilməmişəm. Bu mənim cavabımdı. Bu sualı məni futbolçu karyeramdan indiyədək izləyən birinə versən, bəlkə fərqli cavab alarsan. Amma bizim bu ölkəyə, yaşadığımız müddətdə futbola borcumuz var. Borcunu ödədiyin zaman demək ki, sonun gəlib. 

- "Dünyanı aldım" dediniz. Bu nə deməkdi?

- Pulu, şöhrəti, hər şeyi aldım. Bunlar qarşılıqsız oldu? Həyatda qarşılıqsız heç nə yoxdu. Dünyanı aldım deyərkən, dünyalarımı da verdim. Futbola başlayanda 15 yaşım var idi. Təxminən yarım əsirdi futbolun içindəyəm. İndi 64 yaşım var.

- Yəni təqaüdə çıxmaq vaxtınız gəlib? Həm də bu neçənxi sürgündü? Daha doğrusu ölkədən getmək sürgün sayılır? 

- Futbolda ölkə dəyişdirmək sürgün sayılırsa, biz də sürgün deyək. O zaman bizim ölkəmizə gələn əcnəbi məşqçilər də sürgündədi. "Xəzər Lənkəran"a getməzdən əvvəl 7 klubdan çox cəzibədar və ciddi təklif almışdım. Bunlardan üçü Türkiyədə çempion olmuş komandalar idi. Azərbaycana gəlməyim sürgündü, ya yox, buna oxucu qərar verər. Ölkəmdə iş tapa bilmədim? Ölkəmdə böyük komandalardan təklif almadığıma görə bura gəldim?

- Gizli deyilsə, hansı komandalardan təklif almışdınız?

- Aldığım təkliflərin açıqlamasına ehtiyac yoxdu. "Fənərbaxça" ilə görüşdüm. "Bursaspor"la Hikmət Karaman ayrıldıqdan sonra danışığımız oldu. Mövsümün startından sonra "Qalatasaray"la görüşdük. İdman direktorluğu təklif etmişdilər.

- "Qalatasaray"ın təklifini niyə qəbul etmədiniz?

- "Qalatasaray" bu dünyaya addım atdığım yerdi. Təklifləri mənə şərəf verdi. Hər klubdan təklif alman mənim üçün qürurvericidi. Yetişdiyim klubdan aldığım təklif çox tələsik bir qərar idiö Ölçüb-biçmək lazım gəlirdi. Amma "Qalatasaray"ın gözləməyə vaxtı yox idi.

- Bəs "Fənərbaxça"?

- "Fənərbaxça" təklifi Ersun Yanalla görüşdən sonra etdi. Əslində "yox" demədim. Sadəcə şərtlər münasib olmadı. Bunlar çox önəmli deyil. Önəmli olan mənim klubların gözündəki yerimdi. Bu klublardan təklif alıramsa, qürur hissi keçirirəm. 

- İddialı bir məşqçisiniz. Amma "Xəzər Lənkəran"ın da vəziyyəti ortadadı.

- Azərbaycandakı layihəmiz başqadı. Bu "Mustafa Dənizli komandanı çempion etsin" layihəsi deyil. Bura ölkə futbolunun inkişafına dəstək vermək üçün gəlmişəm. Klub prezidenti çıxışında bunları söyləyir. Mən bu missiyanı üzərimə götürmüşəm. 25 ildi bu işi görürəm. 20 ilə yaxın da peşəkar futbolçu karyeram olub. Təcrübə deyilən şeyi məktəbdə oxuyaraq qazana bilməzsən. Təcrübə həyatın içində yaşadıqlarının bir yerə toplanmasıjı. 

- Türkiyədə potensial varmı?

- Türkiyədə futbolun şəkili dəyişir. Türkiyə öz-özünə pislik edir. Futbol dəyər itirir. 2011-ci ildən sonra futbolun aktyorları dəyişdi.

- Uzaqdakı Mustafa Dənizli bizi necə görür? Futbol qurumlarımız, klublarımız, uşaq futbolumuz, milli komandamız... Yaxşı-orta-pis hansıdı?

- Futbolun aktyorları idarəçilər deyil. Futbolun aktyorları bu işin içində birbaşa olanlardı. Amma futbola həyacan gətirəcək, insanları stadionlara toplayacan çıxışları onlar etmir. Onların üstündəki idarəçilər edir. Bu futbola yaxşı heç nə qazandıra bilməz. Uzağı mətbuat üçün yaxşı manşet, mövzu ola bilər. Amma bir çox şeyi əlimizdən alar. Türk futboluna həyacan gətirmək, səviyyəni artırmaq, fərqli dünyaya daşımaq üçün potensial var. Lakin bu 4-5 nəfərin həyata keçirəcəyi islahatlara bağlıdı. 4 böyüklərin prezidentləri, federasiya və daha bir neçə nəfər... Dünyanın hər yerində müəyyən davalar, müharibələr var. Amma hamısının sonunda sülh olub. Türk futbolunda savaş davam edir. Fərqində olmadan bunlar insanları futboldan uzaqlaşdırır. Ürəyiniz, zəkanız varsa, bu ölkəni həqiqətən sevirsinizsə, türk futbolunun gələcəyinə damğa vurmaq istəyirsinizsə, qoy səni qazandığın kuboklarla yox, dəyişdiyin vəziyyətlə xatırlasınlar. Bunlar bu qədər ürəksizdimi? Çıxıb "səhv etdik, düzgün etdik" desinlər. Bu sonsuza qədər davam edə bilməz. "Biz bu işin qəhrəmanları olmalıyıq" deməlidilər. Amma bu ürəyi ortaya qoya bilmirlərsə, hamısı özləri üçün açıqlama verməlidilər. 3-5 nəfər alqışlayacaq deyə verilən açıqlamalar ölkə futbolunu parçalayır. Bəziləri bunun üzərinə külünglə gedir. İçərilərində ürəkli bir nəfər yoxdu?

- Bəs bunlar kimdi?

- Aziz Yıldırım, Ünal Aysal, Fikret Orman, İbrahim Hacıosmanoğlu... "Bunu desəm etirazla qarşılanarammı" qorxurlar. Mən bir atalar sözünü dəyişdirdim, böyük tikə yedim, həm böyük danışdım. İndi sıra klub prezidentlərindədi. "Balıq başdan iylənər" atalar sözünü də onlar dəyişdirsin.

- Türkiyənin ən yaxşı hücumçusu Burak Yılmazla bağlı nə deyə bilərsiniz?

- Burak çox enişli*yoxuşlu çıxış edir. Qol vurmaqdan danışmıram. Sevinclərdən, kədərlərdən danışıram. Burak çox önəmli bir silahdı. Amma heç cür özü kimi ola bilmir. Daim başqalarından bir şeylər almağa çalışır. Buna ehtiyacı yoxdu. Özü kimi olsun yetər. Məsələn, düşündüyü bir şeyi yerinə oturda bilmir. Bu geyimində də, qol sevincində də belədi. Daim dəyişmək istəyir. Burak başqalarından bir şneylər alacaq yox, başqalarının ondan bir şeylər alacağı oyunçudu. Aynanın qarşısında oturub bir az özü ilə danışsın. Heç çəkinmədən bu sualı özünə verib, ən doğru şəkitldə cavablandırsın. Bundan çox faydalanacaq. Hətta lazım olsa, özünə bir həyat müəllimi də tapsın. Bu heç də pis şey deyil. Mən də zamanında belə etmişəm. 

- Bəs Droqba?

- Bu suala cavab verməyim.

- "Qalatasaray"lı Semih Kaya "Beşiktaş" derbisinə damğa vuran bir hərəkət etdi. Bununla bağlı nə deyəcəksiniz?

- Derbidə Semih "top məndən çıxdı" dedi deyə proqramlar hazırlandı, yazılar yazıldı. Hə, bu çox gözəldi. Bəs Semihin nə deməsini gözləyirdik, yalan danışmasınımı? Biz bu qədər zavallı ölkədəmi yaşayırıq? Bizə məktəbdə və ailədə dürüstlük öyrədirlər. 

- Legioner limitinə də toxunaq. 6 əcnəbi tələbinə necə baxırsınız?

- 6 əcnəbi çox ayıb bir şeydi. 76 milyonluq ölkədə yaşayırıq. Bunun 40 milyonunu gənclər təşkil edir. 6 əcnəbinin yer aldığı 11-lərdə demək ki, 90 türk futbolçuya ehtiyac var. Ehtiyat oyunçuları da saysaq, cəmi 270 nəfər. Milli komandanı formalaşdıracaq 40 nəfər 20 yaşından aşağı, 50 nəfər isə 20 yaşdan yuxarı futbolçudan bəhs edirik. Demək ki, 76 milyonun içindən 90-100 nəfər seçilməlidi. Sən bura 6 nəfər də gətirsən, 66 nəfər də gətirsən 100 nəfər tapa bilmirsənsə, yazıqlar olsun. Sənin lazım olan oyunçun varsa, qoy bütün dünya gəlsin. Türkiyə dünya və Avropa çempionatlarında oynayıb. Bunları əcnəbilər edib? Təhsil dediyin şey bildiklərini qarşındakına öyrətməkdi. Bu gün araşdırma aparsınlar. 5 futbol qaydasını futbolçulardan soruşsunlar. Gör neçə nəfər doğru cavab verəcək. Bilənlər mütləq olacaq. Amma 50 faizdən artıq deyil. Buna görə heç kimi günahlandıra bilməzsən. 

- Mövsümün sonunda hansı klub çempionluq sevinci yaşayar?

- Son derbidə "Qalatasaray" mənə böyük ümidlər verdi. Hazırda "Fənərbaxça"nın durumu "Qalatasaray" və "Beşiktaş"dan fərqlidi. "Fənər"də qeyri-müəyyənlik var. Aziz Yıldırımın durumu bəlli deyil. Amma bu saatdan sonra çox şey dəyişməz. Yəni "Fənərbaxça" bir az daha üstündü. Hər komandanın yaşaya biləcəyi dönəmdən keçirlər. "Fənərbaxça" gözləntilərin altına heç düşməyib. Çempionluqdan danışan tək baş məşqçi Ersun Yanaldı. Futbola həyacanı baş məşqçilər gətirir. Ersun Yanal bunu bacarar, ya bacarmaz, önəmli deyil. "Qalatasaray" bir memar çağırıb ki, "mənim üçün ev tik, içində oturacam. Bunun içərisi Dolmabahçe sarayı olmalıdı. İçində modern bir villa, bir də gecəqondu olsun. Amma tək ev olsun". Bunun hamısına bənzəyir "Qalatasaray". Amma heç biri deyil. "Qalatasaray"ın nə olduğunu başındakı adam tammalıdı. Durum məni razı salmır. Daha önəmlisi "Qalatasaray"da sevgi əskikdi. "Beşiktaş" yenilir-yenir, amma davam edir. Onların bu heyətlə bu yerə gəlməsi uğur olmasa da, uğursuzluq da deyil. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər