Mustafa Dənizli Bakıya qayıdıb. Fanat.az xəbər verir ki, səhhətində problem yarandığı üçün bir neçə gündü Türkiyədə olan mütəxəssis dünən geri dönüb.
Dənizli komandanın "Bayıl Arena"da baş tutan axşam məşqinə qatılıb. Hazırlıq prosesində zədəli legionerlər - Zohair Benuai və Adrian Pit iştirak etməyib.
Qeyd edək ki, "Neftçi" ilə "Böyük oyun"da onlarla yanaşı, cəzalı olan Elnur Abdullayevlə Slavik Alxasov da iştirak etməyəcək.
Fanat.az