Mourinyonun hədəfindəki 3 isim

Mourinyonun hədəfindəki 3 isim
Fernando Torres, Samuel Eto`O və Demba Ba kimi hücumçuların çıxışından razı olmayan "Çelsi"nin baş məşqçisi Joze Mourinho yayda heyətə bir hücumçu qatmaq istəyir. Fanat.az "The Sun" qəzetinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Mario Mandzukiç, Dieqo Kosta və Edinson Kavani arasından seçim edəcək.
Robert Levandovskinin gəlişindən sonra "Bavariya"dan ayrılması gözlənilən Mandzukiçin transferi ən realdı. Çünki "Atletiko"nun son illərdəki uğurunun əsas səbəbkarlarından biri olan Dieqonu asanlıqla buraxması real görünmürp. Həmçinin PSJ-nin mövsümün əvvəlində 64.5 milyon avroya aldığı Kavaninin transfer haqqı da çox yüksəkdi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər