Mişel Platini təkzib etdi

Mişel Platini təkzib etdi
Mişel Platini bir gün əvvəl verdiyi açıqlamasını təkzib edib. Fanat.az xəbər verir ki, UEFA prezidenti Fransanın "Le Parisien" qəzetinin fikirlərini təhrif etdiyini bildirib.
Belə ki, qəzet Platinidən UEFA-nın Maliyyə Fair-Playı komitəsinin araşdırma apardığı klublarla bağlı münasibət öyrənmişdi. Futbol qurumunun rəhbəri isə "Bu mövsüm heç bir klub cəza almayacaq" demişdi.
Lakin Platini sözlərinin düzgün yazılmadığını bildirib: "Mən belə bir açıqlama verməmişəm. UEFA-nın Maliyyə Fair-Playı komitəsi müstəqildi. Qərarlarına kimsə qarışmır. Mən isə açıqlamamda "Ümid edirəm ki, bu mövsüm heç bir klub cəza almayacaq" demişəm. Jurnalistin bir sözü ordan çıxartması yalnış anlaşılmaya səbəb olub".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər