Mindauqas Kalonas rəsmən "Simurq"da

Mindauqas Kalonas rəsmən "Simurq"da
"Simurq" Mindauqas Kalonasın keçidini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, litvalı futbolçu mövsümün sonunadək icarə əsasında Zaqatala klubunda çıxış edəcək. Bu gün klubla münasibətlərini rəsmiləşdirən 30 yaşlı futbolçu 9 nömrəli forma geyinəcək. 
Qeyd edək ki, Kalonas ötən qışda "Rəvan"a keçib (15 oyun, 8 qol). Yayda "Bakı"ya transfer olunan 29 yaşlı litvalı (18 oyun, 6 qol) Əfran İsmayılov və Rauf Əliyevlə yola getmədiyindən transferə çıxarılıb. Əvvəllər Rusiyanın "Dinamo" (Moskva), "Rubin", "Kuban", Portuqaliyanın "Braqa", Latviyanın "Metallurq", "Riqa", İrlandiyanın "Bohemians", Ukraynanın "Metallurq" (Zaparoje) və Polşanın "Stomil" klublarında çıxış etmiş Kalonas Litva millisində keçirdiyi 43 oyunda 3 dəfə fərqlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər