Futzal üzrə Avropa çempionatının final mərhələsi davam edir. Fanat.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi bu gün ilk matçına çıxıb.
Komandamız Sloveniya yığması ilə üz-üzə gəlib. Joze Alesio da Silvanın yetirmələri güclü İtaliya millisini 3:2 hesabı ilə məğlub edən sloveniyalılarla qarşılaşmada çətin anlar yaşayıb. Qol şousunun baş tutduğu oyunda qapılara 13 top vurulub. Matçın böyük hissəsini hesabda geri olan millimiz son saniyələrdə qələbə qolunu vurub - 7:6.
Hazırda Azərbaycan və Sloveniyanın aktivində 3 xal var. Qrup lideri olan millimiz son oyununu fevralın 2-də İtaliyaya qarşı keçirəcək. 1/4 finala vəsiqələrin sahibi bu oyunda müəyyənləşəcək.
Avropa çempionatı
C qrupu
31 yanvar
Sloveniya - Azərbaycan 6:7
Qollar: Kasper Vrhoveç, 01.14; 19.45; 29.05. Kristian Çujeç, 17.35. Uroş Krofliç, 25.39. Alen Fetiç, 36.32 - Amadeu, 00.24. Rafael, 24.26; 38; 32. Vitali Borisov, 29.20. Auqusto, 31.30. Felipe, 35.37. Edu, 39.33.
Sloveniya: 1. Damir Puşkar, 2. Rok Mordey, 5. Kristian Çujeç, 7. İqor Osredkar (k), 9. Kasper Vrhoveç. 12. Alen Mordey, 3. Deyan Bizyak, 4. Sebastian Drobne, 6. Uroş Krofliç, 8. Benjamin Melink, 10. Alen Fetiç, 11. Aleş Vrabel, 13. Qaj Rosiç, 14.Tilen Stendler.
Azərbaycan: 1. Laercio Buranello, 5. Felipe, 6. Edu, 8. Rizvan Fərzəliyev, 9. Amadeu. 19. Elnur Zamanov, 2. Seymur Məmmədov, 7. Rəcəb Fərəczadə, 10. Biro Jade, 13. Elnur Qəmbərov, 14. Vitali Borisov, 15. Rafael, 17. İsa Atayev, 18. Auqusto.
| 1 | Azərbaycan | 1 | 1 | 0 | 0 | 7-6 | 3 |
| 2 | Sloveniya | 2 | 1 | 0 | 1 | 9-9 | 3 |
| 3 | İtaliya | 1 | 0 | 0 | 1 | 2-3 | 0 |
Fanat.az