Millinin məşqçiləri Dubayda danışdı

Millinin məşqçiləri Dubayda danışdı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının məşqçilərinin iştirakı ilə dünən mətbuat konfransı keçirilib:

Volfqanq Rolff: “Komandada atmosfer çox gözəldi. Hər şeydən çox razıyam. Qərbi Almaniya yığmasında Foqtsun rəhbərliyi altında olmuşam. O zaman Foqts köməkçi-məşqçi idi. Komanda çox həvəslə çalışır. Avropa çempionatının seçmə mərhələsinə gəlincə, çox çətin qrupa düşmüşük. Amma biz sonadək mübarizə aparacağıq. Çalışıb final mərhələsinə vəsiqə qazanacağıq”.

Uli Ştayn: “Səlahət Ağayev zədəlidi. Onun başında ağrılar var. Aqil Məmmədovun bacısının həyat yoldaşı vəfat edib. Andrey Popoviçin isə zədəsi var. Ona görə də bu qapıçıları özümüzlə Dubaya gətirməmək qərarına gəldik”.

Mahmud Qurbanov: “Millidə futbolçu kimi çox oynamışam. Məşqçi qismində isə yeni fəaliyyətə başlamışam. Məni millidə yaxşı qarşıladılar. Ölkə futbolunda inkişaf gedir. Məşqlər sürətli keçir. Millinin düşərgəsində olmaq xoşdu”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər