Milli komandamızın sabiq üzvü Aleksandr Çertoqanov karyerasını bitirib. Fanat.az xəbər verir ki, son olaraq "Sumqayıt"ın şərəfini qorumuş futbolçu zədə səbəbindən futbolla vidalaşmalı olub.
Qeyd edək ki, 2000-2004-cü illərdə Ukraynanın "Mikolaiv" və "Spartak" (İvano-Frankivsk) klublarında oynamış Çertoqanov 2004-cü ildə ölkəmizə gəlib. Ardıcıl olaraq "Bakı", "Neftçi", "Simurq", "İnter", "Qəbələ" və "Sumqayıt"ın formasını geyinən 33 yaşlı yarımmüdafiəçi 2006-2013-cü illərdə milli komandamızda 54 oyun keçirib.
Çertoqanov 2004/05 mövsümündə "Bakı" ilə Azərbaycan Kubokunu, 2009/10 mövsümündə "İnter"lə Azərbaycan çempionluğunu qazanıb.
Fanat.az