"Beşiktaş"ın və Türkiyə yığmasının sabiq üzvü Rahim Zafer ABŞ-da klub sahibi olub. Fanat.az xəbər verir ki, veteran futbolçu Texas ştatının Dallas şəhəri təmsil edən "Dallas Siti"ni satın alıb.
Bu barədə Rahim Hafer özü açıqlama verib. O, bildirib ki, ABŞ-ın Milli Premyer Liqası adlanan NPSL-də çıxış edən klubun həm prezidenti olacaq, həm də baş məşqçisi: "Burda həm futbolçu yetişdirəcəyik, həm də akademiya açacağıq. Hazırda türk futbolçumuz yoxdu, amma hədəfimizdə belə transferlər var. Hətta "Beşiktaş"la oyunçu alış-verişi etmək istəyirik. Həmçinin Paraqvayın "National" klubu ilə də əməkdaşlığımız var. Ordan da futbolçular alacağıq. Məqsədimiz ABŞ-da uğur qazanmaqdı".
Qeyd edək ki, Rahim Zəfər 1996-2001-ci illərdə "Beşiktaş"da çıxış edib. Bundan başqa o, "Sakaryaspor", "Gənclərbirliyi", "Diyarbəkirspor", "Adanaspor", "Kırıkkalespor" kimi klubların şərəini qoruyub. Müdafiəçi mövqeyində oynayan 43 yaşlı veteran futbolçu 1995-1996-cı illərdə Türkiyə millisində 10 oyun keçirib və 1 qol vurub. O, yeganə qoluna 1996-cı ilin 9 aprelində Bakıda millimizlə baş tutan oyunda imza atıb. Həmin matçda Türkiyə qələbə qazanıb - 1:0.
Fanat.az