Millimizdə iki debütant

Millimizdə iki debütant
Milli komandamız bu gün 2014-cü ildə ilk oyununu keçirəcək. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan yığmamız Filippinlə qarşılaqacaq. Artıq Berti Foqtsu start heyətini açıqlayıb. Fanat.az xəbər verir ki, alman çalışdırıcı ilk "11-lik"də iki debütanta yer verib.
Belə ki, Foqts zədəli kapitan Rəşad Sadıqovun əvəzində müdafiənin mərkəzini "Neftçi"nin üzvü Elvin Yunuszadəyə tapşırıb. Heyətdəki ikinci debütant isə Tuğrul Eratdı. Almaniyanın II Bundesliqasında çıxış edən "Fortuna"nın formasını geyinən və uğurlu oyunu ilə yadda qalan futbolçu milliyə dəvət aldığı birinci oyunda ilk "11-liy"ə düşüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər