Millimiz uddu, bəs rəqibləri?

Millimiz uddu, bəs rəqibləri?
Milli komandalar növbəti yoxlama oyunlarını keçirib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının AVRO-2016-nın seçmə mərhələsində mübarizə aparacağı H qrupundakı komandalar da iş başında olub.
Yığmamızın Filippinə qalib gəldiyi gündə (1:0) rəqiblərindən Bolqarıstan Belarusu qəbul edib. Aslan Kərimovun canlı izlədiyi oyunda rəqibimiz 2:1 hesağlı qələbə qazanıb.
Malta "Qarabağ"ın üzvü Ansi Aqollinin heyətində yer aldığı Albaniyanı sınağa çəkib. Oyun albanların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Xorvatiya səfərdə İsveçrə, Novreç Çexiya ilə üz-üzə gəlib. Hər iki oyunda 4 qol vurulub və qalib müəyyənləşməyib - 2:2.
Qrupumuzun ən güclü komandası İtaliya isə son iki Avropa və bir dünya çempionatının qalibi İspaniyanın qonağı olub. Madriddə baş tutan matçda ispanlar Pedro Rodrigesin qoluna sevinib - 1:0.
Yoldaşlıq oyunları
5 mart
Azərbaycan - Filippin 1:0
Qol: Elvin Yuszadə, 26.
Bolqarıstan - Belarus 2:1
Qollar: Georgi Milanov, 15. Vladimir Qadjev, 66 - Sergey Krivets, 86.
Albaniya - Malta 2:0
Qollar: Miqjen Başa, 26. Alban Meha, 53.
 
Çexiya - Norveç 2:2
Qollar: Tomas Rosiçki, 11. Mateyu Vidra, 39 - Tarik Elyounoussi, 21. Morten Pedersen, 88.
İsveçrə - Xorvatiya 2:2
Qollar: Josip Drmiç, 34; 41 - İvika Oliç, 39; 55.
İspaniya - İtaliya 1:0
Qol: Pedro Rodriges, 63.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər