Millimiz Moldovadan "sülh"lə dönür

Millimiz Moldovadan "sülh"lə dönür
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Bernhard Lippertin başçılıq etdiyi komandamız Moldovanın qonağı olub.
Tiraspoldakı “Şerif” İdman Kompleksində baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı 45-ci dəqiqədə meydan sahiblərindən Ketelin Karp açıb. 82-ci dəqiqədə isə Azər Salahlı bərabərliyi təmin edib.
Moldova
Yoldaşlıq oyunu
5 mart
17.00 Moldova (U-21) - Azərbaycan (U-21) 1:1
Qollar: Ketelin Karp, 45 - Azər Salahlı, 82.
Moldova: 1. Aleksey Koşelyov, 2. İon Prodan (18. Dani Qraur, 46), 3. Maksim Fokşa, 4. Viktor Georgiu (14. Yuri Mırza, 46), 5. Konstantin Boqdan, 6. Vasili Jardan, 7. Yevgeni Zasavitski (k) (16. Dan Spetaru, 46), 8. Vadim Ratsa (17. Sergey Matey, 74), 9. Georgi Anton, 10. Ketelin Karp (19. Maksimilian Modırke, 78), 13. İqor Dima (11. Nikolay Milinçanu, 46).
Ehtiyat oyunçular: 12. Viktor Buqa, 15. İon Ursu.
Baş məşqçi: Aleksandr Kurteyan.
Azərbaycan: 1. Andrey Popoviç, 3. Tərlan Quliyev (k), 4. Ürfan Abbasov, 5. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (14. İlqar Ələkbərov, 70), 7. Elşən Abdullayev, 8. Taşkın İltər, 9. Ağabala Ramazanov (18. Kərəm Benke, 63), 10. Ümüt Sönməz (Ceyhun Cavadov, 70), 15. Rəşad Eyyubov (11. Məhəmməd Qurbanov, 63), 16. Ruslan Tağızadə (2. Azər Salahlı, 46).
Ehtiyat oyunçular: 22. Şahruddin Məhəmmədəliyev, 17. Namiq Ələsgərov, 20. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Bernhard Lippert.
Sarı vərəqələr: Ketelin Karp, 33. Viktor Georgiu, 43 - Rəşad Eyyubov, 62. Tərlan Quliyev, 86.
Hakimlər: Sergey Derenov, Filip Aleksançin, Denis Qala, Yuri Kovtun (Moldova).
Tiraspol. "Şerif" İdman Kompleksi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər