Millimiz ilk onluqda

Millimiz ilk onluqda

Futzal üzrə milli komandamız FİFA-nın açqladığı aylıq reytinq cədvəlində yerində sayıb. Fanat.az xəbər verir ki, yığmamız dünya sıralamasında 10-cu pillədə qərarlaşıb.

Millimizin Avropa çempionatı-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Ukrayna 8-ci yerdə qərarlaşıb. Belçika yığması 28-ci mövqeyi mühafizə edir. 

Komandamızın sonuncu rəqibinin müəyynləşdiyi qrupdakı komandalara gəlincə, Yunanıstan 52-ci, Danimarka 63-cü, Bolqarıstan 81-ci yerdədirlər. Cəbəllütariq isə ilk yüzlüyə daxil olmayıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər