Bu gün Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məmməd Əmin Rəsulzadənin doğum günüdü. 1884-cü ilin 31 yanvarında Bakının Novxanı qəsəbəsində dünyaya gələn Rəsulzadə 1955-ci ilin 6 martında, 71 yaşında Ankarada vəfat edib. Bu gün Rəsulzadənin 130 illiyi qeyd olunur.
Məmməd Əmin Rəsulzadənin Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub. Prezident İlham Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncam imzalayıb.
Məmməd Əmin Rəsulzadənin haqqında bütün məlumatlar BURDA
Fanat.az