Məhəmməd Əlinin heyrətamiz maşını satılır - FOTOLAR-VİDEO

Məhəmməd Əlinin heyrətamiz maşını satılır - FOTOLAR-VİDEO
Boksun əfsanəsi  Məhəmməd Əlinin "Mersedes” markalı avtomobili hərraca çıxarılıb. 1959-cu il buraxılışı olan avtomobil ABŞ-ın Kaliforniya ştatındakı auksionda satılacaq. Fanat.az xəbər verir ki, əfsanəvi boksçunun avtomobili 23 karatlıq qızıl və qiymətli daşlarla bəzədilib. Avtomobilin qiyməti 1,5 milyon dollarla ölçülür.
 
Maşının radiosu qızıldan düzəldilib, düymələri isə yaqutla işlənib. Həmçinin radionun kənarlarına zümrüt tozları səpilib. Bu da maşının dəyərinə dəyər qatıb.
 
Məhəmməd Əli təxminən iki il (1980-ci ildən) bu avtomobilin sahibi olub. Lakin çox vaxt bu maşın sürücü tərəfindən idarə edilib. 4 pilləli silindirdən ibarət maşın ümumilikdə 270-dən çox  qiymətli daş-qaşla bəzənib. Bu daş-qaşlar içərisində almaz çoxluq təşkil edir.
 
Qeyd edək ki, “qızıl qanadlı mələk” adlandırılan  avtomobil əvvəlcə kraliyyət ailəsinə maxsus olub, daha sonra isə Məhəmməd Əliyə hədiyyə edilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər