"Xəzər Lənkəran"nın yaranmasının 10 illik yubileyi ilə əlaqədar marş və mahnı müsabiqəsinə start verilib. Müsabiqənin formatı aşağıdakı şəkildədi:
1. Müsabiqədə iştirak etmək üçün peşəkar musiqi fəaliyyəti ilə məşğul olmaq şərtdir.
2. Müsabiqə 2014-cü ilin fevral ayının ilk həftəsindən başlayıb 2014-cü ilin may ayının 5-də yekunlaşacaq.
3. Müsabiqədə iştirak edənlər təqdim etdikləri marş və ya mahnını tam hazır şəkildə, CD-yə yazılmış formatda klubun Bakı və Lənkəran ofisinə təqdim etmələri xahiş olunur.
4. Müsabiqədə “Xəzər Lənkəran” klubunun keçdiyi 10 illik tarixə həsr olunan marş və mahnıların qalibləri
- I yer - 5000 manat
- II yer - 3000 manat
- III yer - 1000 manat olmaqla mükafatlandırılacaqlar.
Əlavə sualı olanlar “Xəzər Lənkəran” Futbol Klubunun mətbuat xidməti ilə əlaqə saxlaya bilərlər. Telefon: 050 295-45-44.
Fanat.az