Mahir Şükürov: "Millidə oyun sayını artırmaq istəyirəm"

Mahir Şükürov: "Millidə oyun sayını artırmaq istəyirəm"
"Neftçi"nin futbolçusu Mahir Şükürov Azərbaycan çempionatlarının 22 illik tarixində 200 və daha çox oyun keçirən 100-cü futbolçu olub. Fanat.az xəbər verir ki, müdafiəçi karyerasını Premyer Liqada davam etdirən oyunçular arasında 200-cü matçını keçirmiş 21-ci futbolçu kimi tarixə düşüb. 
Şükürov bununla bağlı klubun rəsmi saytına danışıb: "Hər bir futbolçu istəyər ki, uzun və uğurlu karyeraya sahib olsun. İndiyə kimi keçirdiyim 200 oyundan 68-də “Neftçi”nin forması ilə meydana çıxmışam. İnşallah, “Neftçi”də 100-cü oyunumu keçirərəm. Bu komandanın üzvü olmaq qürurvericidi. “Neftçi” ilə karyeramın ən böyük nailiyyətlərinə imza atmışam. Avropa Liqasının qrup mərhələsində oynadıq, çempionluq yaşadıq və ölkə kubokunu qazandıq. İndi bunun davamını gətirmək üçün əlimizdən gələni etməliyik. Çempionatın son oyunlarına komandamız heyətdəki böyük itkilərlə çıxdı. Bu səbəbdən də vacib xallardan məhrum olduq. Amma qarşıda hələ uzun marafon var, ona görə də indidən nəsə demək çətindi. 
Mahir milli komanda ilə bağlı da danışıb: "İstərdim ki, "Neftçi" ilə yanaşı milli komandadakı oyunlarımın sayını da artırım. Son toplanışa dəvət almasam da, yığmaya kömək etməyə həmişə hazıram. Məşqçilər hər toplanışda gənc futbolçulara da dəvət göndərib onlara şans verirlər. Bu çox gözəl haldı. Bizim komandadan da Elvin Yunuszadə ilk dəfə olaraq milli komandaya çağırıldı. İnanıram ki, o da yığmada yerini möhkəmlədə biləcək. Mənə də nə vaxt dəvət gəlsə canla-başla oynayaram".
Qeyd edək ki, Berti Foqts Mahiri Lənkəranda azarkeşlərə "orta barmaq" işarəsi göstərdiyinə görə Dubay toplanışına aparmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər