Kruqlova Almaniyada əməliyyat olunacaq

Kruqlova Almaniyada əməliyyat olunacaq

"Qəbələ" ilə XXXI turun oyununda zədələnən və mövsümü erkən bitirən Dmitri Kruqlov əməliyyat olunacaq. Fanat.az xəbər verir ki, "Rəvan"ın eston futbolçusu bu məqsədlə Almaniyaya yollanacaq.

Çiynindən xəsarət alan Kruqlov tezliklə cərrahiyyə əməliyyatına məruz qalacaq və 2 ay sonra məşqlərə başlayacaq. Onun yeni mövsümdə "Rəvan"da çıxış edib-etməyəcəyi bilinmir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər