Kəmaləddin Heydərov ETU-nun prezidenti ilə görüşdü

Kəmaləddin Heydərov ETU-nun prezidenti ilə görüşdü
Avropa Taekvondo Federasiyasının (ETU) prezidenti Athanasios Praqalos ölkəmizə səfər edib. Fanat.az xəbər verir ki, səfər zamanı Praqalosun Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmallədin Heydərovla görüşü baş tutub.
Tərəflər arasında razılaşmaya əsasən, ölkəmiz 1-5 may 2014-cü il tarixlərində taekvondo üzrə Böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcək. Səfəri zamanı Praqalos və ETU baş katibi Mikhael Fysentzidis Bakıda 2015-ci ildə keçiriləcək Avropa Oyunları Təşkilat Komitəsinin mənzil-qərargahına baş çəkib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər