Qurban Qurbanovun futbolçuların mətbuatla ünsiyyət qurmasına qadağa qoyduğunu yazmışdıq. Ağdamlıların baş məşqçisi Fanat.az-a açıqlamasında yasaqla bağlı bunları deyib:
“Bir ay müddətində futbolçuların yalnız oyunlar haqda düşünməsini istəyirəm. Buna görə də jurnalistlərlə ünsiyyət qurmamaları məsləhətdi. Yalnız kapitan – Rəşad Sadıqov danışa bilər. Çoxları yazır ki, “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra mətbuatla ünsiyyətə yasaq qoymuşuq. Ancaq belə deyil. Uduzduğumuz oyundan bir gün əvvəl toplantı keçirdik və qərarı açıqladıq”.
Fanat.az