Kalonas "Simurq"da

Kalonas "Simurq"da
"Simurq" hücum xəttini gücləndirir. Fanat.az xəbər verir ki, Zaqatala klubu Mindauqas Kalonası heyətinə qatır.
Artıq "Simurq"la futbolçunun məxsus olduğu "Bakı" arasında razılıq əldə olunub. Kalonas mövsümün sonunadək icarə əsasında "Simurq"da çıxış edəcək.
Qeyd edək ki, Kalonas ötən qışda "Rəvan"a keçib (15 oyun, 8 qol). Yayda "Bakı"ya transfer olunan 29 yaşlı litvalı (18 oyun, 6 qol) Əfran İsmayılov və Rauf Əliyevlə yola getmədiyindən transferə çıxarılıb. Əvvəllər Rusiyanın "Dinamo" (Moskva), "Rubin", "Kuban", Portuqaliyanın "Braqa", Latviyanın "Metallurq", "Riqa", İrlandiyanın "Bohemians", Ukraynanın "Metallurq" (Zaparoje) və Polşanın "Stomil" klublarında çıxış etmiş Kalonas Litva millisində keçirdiyi 43 oyunda 3 dəfə fərqlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər