İtalyanlar "Çempionşip"i işğal edir

İtalyanlar "Çempionşip"i işğal edir
İngiltərənin ən böyük üçüncü şəhəri olan Lidsin eyni adlı futbol klubu İtaliyanın "Eleonora Sport Ltd" şirkətinə satılıb. Fanat.az xəbər verir ki, sonuncu dəfə 1992-ci ildə İngiltərə çempionu olan klubun yeni sahibi Massimo Kellinodu.
Klubun alınmasında "Mançester Yunayted"in sabiq rəsmisi Mike Farnanla yarışan və əsas rəqibini yenən Kellino ailəsi eyni zamanda İtaliya A Seriyasında çıxış edən "Kalyari"ni də 1992-ci ildə satın alıb.
Daha öncə iki dəfə saxtakarlığa görə həbs olunan Kellino 2010-cu ildə "Vest Hem"i satın almaq istəsə də, arzusu həyata keçməmişdi. Deyilənə görə buna səbəb İngiltərə Futbol Fedarasiyası olub. Federasiya rəsmiləri Kellino haqqındakı iddialar səbəbindən bu klubun ona satışına icazə verməyib.
"Lids"in yaydığı rəsmi açıqlamada klub səhmlərinin 75 faizinin "futbolda təcrübəsi" olan Kellino ailəsinə satıldığı bildirilir. Açıqlamada həmçinin qeyd olunur ki, "Lids"in yeni sahibi klubun stadionu "Elland Road"k geri alacaq, eyni zamanda kluba böyük yatırımlar qoyacaq
"Lids" italyanlara satılan ilk "Çempionşip" klubu deyil. Bundan əvvəd "Uatford" klubu Pozzo ailəsinə satılmışdı. Bu ailə İtaliya A Seriyasında çıxış edən "Udineze" və La Liqada mübarizə aparan "Qranada" klublarının da sahibidi. 
Bundan başqa, bir müddət əvvəl "Napoli"nin sahibi De Laurenttis də İngiltərədə klub almaq istəmiş, hətta aşağı liqada çıxış edən London təmsilçisi "Leyton Orient"lə maraqlanmışdı.
"Çempionşip" Avropanın ən çox gəlirə sahib 6-cı liqasıdı. Eyni zamanda burda uğur qazanmaqla Premyer Liqaya çıxmaq mümkündü. "Çampionşip"in play-off finalı "dünyanın ən bahalı matçı" hesab olunur. Çünki bu matçı udan komanda Premyer Liqaya vəsiqə qazanır və 60 milyon funt-sterlinq əldə edir.
"Lids" İngiltərənin önəmli klublarından biridi. Ev oyunlarını 40 minə yaxın azarkeş tutumu olan "Elland Road" stdaionunda keçirən klub 1973-cü ildə Kuboklar Kubokunda, 1975-ci ildə Çempionlar Liqasında final oynayan komanda 3 dəfə qazandığı İngiltərə çempionuluğuna sonuncu dəfə 1992-ci ildə sahib çıxıb. Yeganə Federasiya Kubokunu 42, Liqa Kubokunu 46 il əvvəl qazanan "Lids" 1990-cı illərin sonlarında maliyyə problemləri yaşamağa başlayıb və aşağı liqaya düşüb. Ardıcıl iki ildə Çempionlar Liqasına vəsiqə qazana bilməyən klub bununla da "bataqlığa" yuvarlanıb. Komanda hazırda 39 xalla "Çempionşip"in turnir cədvəlində 11-ci pilləni tutur. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər