Premyer Liqada qış fasiləsi başa çatıb və XIX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, turun 5 matçında qapılara 16 qol vurulub. Bu hər oyuna orta hesabla 3.2 qol deməkdi.
Bundan əvvəl sadəcə bir dəfə - VI turun 5 oyununda qapılara 16 qol vurulmuşdu. 16 top 19 turun üçüncü ən yaxşı göstəricisidi. Belə ki, XII turda qapılara 22, XVIII turda 17 qol vurulub.
XIX turda ən çox qol "Bakı" - "Rəvan" oyununda qeydə alınıb - 6 top (5:1). "Neftçi" - "Simurq" (3:0), "Sumqayıt" - "Qəbələ" (0:3) və "İnter" - AZAL (2:1) matçlarında 3, "Qarabağ" - "Xəzər Lənkəran" (0:1) oyununda 1 qol vurulub.
19 turun 95 oyununda qapılara ümumilikdə 229 qol vurulub. Bu hər oyuna orta hesabla 2.41 top deməkdi.
| Turlar üzrə qol sayı | ||
| Tur | Qol | Orta hesabla |
| I | 15 | 3 |
| II | 14 | 2.8 |
| III | 14 | 2.8 |
| IV | 11 | 2.2 |
| V | 10 | 2 |
| VI | 16 | 3.2 |
| VII | 11 | 2.2 |
| VIII | 2 | 0.4 |
| IX | 12 | 2.4 |
| X | 14 | 2.8 |
| XI | 7 | 1.4 |
| XII | 22 | 4.4 |
| XIII | 7 | 1.4 |
| XIV | 9 | 1.8 |
| XV | 7 | 1.4 |
| XVI | 13 | 2.6 |
| XVII | 12 | 2.4 |
| XVIII | 17 | 3.4 |
| XIX | 16 | 3.2 |
| Cəmi | 229 | 2.3 |
Fanat.az