Holland qapıçı Rodni Ubbergen Azərbaycan çempionatında çıxış edə bilər. Fanat.az xəbər verir ki, bu barədə 27 yaşlı qolkiper özü məlumat verib.
Ubbergen bildirib ki, heyətə düşə bilmədiyi "Kambur"dan "Valveyk"ə transferi baş tutmasa, Azərbaycan çempionatından gələn təklifləri nəzərdən keçirəcək: "Düşünürəm ki, bu, mənim Hollandiyada yüksək səviyyədə oynamağım üçün son şansdı. Azərbaycan klubuna mümkün keçidə gəlincə, mən nə vaxtsa o regionda olmuşam və mənə o qədər də xoş gəlməyib. Xarici dillərdən orada ancaq ingiliscə danışırlar və oyunçuların yerləşməsi də çox pis idi. Ancaq burada heç nə alınmasa, mən Azərbaycandan gələn təklifləri baxışdan keçirməyə hazır olacağam. Ancaq bir şərtlə ki, təkliflər çox yaxşı olsun".
Qeyd edək ki, Ubbergen "Kambur"dan əvvəl "Roosendaal" və "Telstar" klublarında top qovub.
Fanat.az