Uzun müddətdi xərçəngdən əziyyət çəkən Tito Vilanova dünən axşam saatlarında dünyasını dəyişdi. 45 yaşında vəfat edən mütəxəssis üçün "Barselona" klubunda və "La Masia" bazasında bayraqlar yarıya qədər endirilib. Onun doğulduğu Bellkaire d`Empordada Kataloniya bayraqları yarıya qədər endirilib. İtaliya çempionatının "Roma" - "Milan" matçı bir dəqiqəlik sükutla başlayıb. Bu idman dünyası Tito üçün başsağlığı mesajları yayımlayır.
Erik Abidal: "Birlikdə yaşadığımız hər zamanı xatırlayıram, dostum. te yaşadığımız her zamanı hatırlıyorum dostum. Rahat yat. Mübarizən üçün təşəkkürlər. Bütün dəstəyim və sevgim ailənlə birlikdə".
Lionel Messi: "Unudulması mümkün olmayan insan. Səni hər zaman xatırlayacağıq".
Kesk Fabreqas: "Barsa" və futbola verdiyin hər şey üçün təşəkkürlər".
Andres İnyesta: "Söyləyəcək kəlimə tapa bilmirəm. Hamımıza örnək oldun və olmağa davam edəcəksən. Həyatımın bir parçasında olmaq mənim üçün qürurdu. Səni əsla unutmayacam".
Viktor Valdes: "Kariyeram ərzində sahib olduğum ən yaxşı baş məşqçilərdən biri Tito Vilanovadı. Bizə verdiyin hər şey üçün təşəkkürlər".
Serxio Ramos: "Titonun ailəsi və dostlarının yanındayıq. Onun mübarizəsi və gücü hər birimiz üçün örnək oldu. Hüzur içində yat".
David Vilya: "Tito Vilanovanın ailəsinə və dostlarına başsağlığı verirəm. Onun mübarizəsi hər zaman örnək olub. Səni əsla unutmayacağıq".
Xuan Mata: "Hüzur içində yat, Tito Vilanova"
David de Gea: "Çox üzücü bir gün oldu. Ailəsinə və yaxınlarına başsağlığı verirəm".
Jose Mourinyo: "Titonun ölümü futbol dünyası və "Barselona" üçün böyük itkidi. Ailəsinə və yaxınlarına başsağlığı verirəm".
Visente del Boske: "Bu həyat yoldaşı və uşaqları üçün faciədi. Tito sevgi dolu bir insan idi. Gənc yaşında öldü. O, xəstəliyini öyrəndikdən sonra belə hər zaman danışa biləcəyin çox səmimi insan idi. Hər zaman bərabər çalışmağa hazırdı".
Xabi Alonso: "Hüzur içində yat, Tito Vilanova".
Alvaro Morata: "Futbol bu gün Titonun yoxluğuna ağlayır. Və bütün rənglər heç bir ayrı-seçkilik etmədən. Rahat uyu, Tito Vilanova".
Tibaut Kourtois: "Ailəsinə və yaxınlarına belə bir ağır gündə bütün qəlbimlə başsağlığı verirəm".
Florentino Peres: "Bu gün bütün futbolsevərlər üçün ağır gündü".
İker Kasilyas: "Futbol dünyası üçün üzücü bir gündü. O. güc və cəzarət örnəyi idi. Hüzur içində yat".
Cerard Pike: "Hər şey üçün təşəkkürlər, Tito. Hər zaman bizimlə birlikdə olacaqsan. Birlikdə keçirdiyimiz gözəl günləri həmişə xatırlayacağam".
Serxio Buskets: "Səni sevirik, bizim üçün etdiyin hər şeyə görə təşəkkürlər. Səndən ötrü darıxacağam".
Fernando Torres: "O çox böyük bir savaşçı idi. Rahat uyu, Tito Vilanova".
Mişel Platini: "Tito Vilanovanın ölüm xəbəri məni sarsıtdı. Böyük bir insan idi və hər zaman "Barselona"dakı işi ilə xatırlanacaq bir baş məşqçi oldu. Klubuna və ailəsinə başsağlığı verirəm".
Rafael Nadal: "Bu kimi hadisələr olanda geriyə qalan şeylərin o qədər də önəmi olmur. Artıq bir tennis matçı üçün narahat olmursan. Çox üzüntülü bir hadisədi".
Fernando Alonso: "Bu gün üzücü bir gündü. Tito Vilanova... Lənətə gəlmiş xəstəlik..."
Fanat.az