Antalyada təlim-məşq toplanışında olan hakimlərimiz bu gün 5 oyun idarə edəcək. Fanat.az xəbər verir ki, FIFA referisi Anar Salmanov Çinin “Şandonq Lunenq” və İsveçrə “Sankt Qallen” klubları arasındakı oyunda fit çalacaq.
“Şaxtyor” (Qazaxıstan) - “Qoverla” (Ukrayna) matçını Ramil Diniyev, “Vorskla” (Ukrayna) - “Ordabası” (Qazaxıstan) qarşılaşmasını Mahir Məmmədov, “İrtış” (Qazaxıstan) - “Sarıyer” (Türkiyə) görüşünü Ramiz Məhərrəmov, “Sürix” (İsveçrə) - “Genqam” (Fransa) oyununu Rauf Cabbarov idarə edəcək.
Fanat.az