Güvənc Kurtar Sapelanı niyə oynatmayıb?

Güvənc Kurtar Sapelanı niyə oynatmayıb?
Güvənc Kurtar AZAL-la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi qələbə qazanmaq istəklərinin baş tutmadığını deyib:
"Bizim üçün çox vacib oyun idi. Kubokda mübarizəni dayandırdıqdan sonra bütün fikrimizi çempionata yönəltmişik. Qələbə qazanmaq istəyirdik, təəssüf ki, alınmadı. Hər iki komandanın qol imkanları oldu. AZAL son zamanlar yaxşı çıxış edir. Qarşıda 4 oyun var, hamısında da qələbə qazanmaq üçün oynayacağıq. Oyundan oyuna daha yaxşı çıxış edəcəyik. Hər iki komandanın futbolçularını göstərdikləri oyuna görə təbrik edirəm. Rəqib bizim oyunu yaxşı öyrənmişdı. Lukaş Sapelanın kubok oyunundan sonra zədəsi var idi. Kamal Bayramovun da yaxşı oynadığını düşünürəm”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər