Güləş dünyanın əksər ölkələrində ən geniş yayılmış idman növlərindən biridi. Amma bəzi ölkələrdə bu idmanın fərqli növləri yayılıb.
Hindistanda "Kushti" adlanan fərqli güləş növü var. Əsrlərdi hindlilərin məşğul olduğu bu növün xüsusi özəllikləri diqqəti çəkir. Hind güləşçiləri "Quru" adı verilən məşqçi çalışdırır. Bu idmanla məşğul olanlar yerli əhalinin hazırladığı "chapatti" adlı çörək, süd, yumurta, badam və heyvan yağı ilə qidalanır.
"Kuşhti" ilə məşğul olanlar üçün bəzi qadağalar var. Məsələn, bu idmançıların siqaret çəkməsi, içki içməsi, hətta sekslə məşğul olması yasaqdı.
"Akhara" adlanan güləş meydanında keçirilən döyüşlər çamuruq içində baş tutur.
Fanat.az