Giorgi Çixradze "Neftçi" ilə oyunla (0:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un gürcü baş məşqçisi ilk qoldan sonra komandanın ruhdan düşdüyünü deyib:
"Fasilədən sonra uğurlu nəticə əldə edə bilmədik. İlk hissədə çox yaxşı oynadıq. Lakin ikinci hissədə kobud səhvdən sonra qapımızda qol gördük. Komanda ruhdan düşdü, toparlana bilmədi. Oyunumuzu itirdik, məğlub olduq. İlk hissəyə baxanda məğlub olacağımız ağlıma gəlməzdi. "Neftçi" ölkə çempionudu, güclü komandadı. Fasilədən sonrakı oyunlar həmişə çətin olur. Növbəti oyunda müəyyən dəyişikliklər olacaq".
Fanat.az