Georgi Çixradze "Qəbələ" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Simurq”un baş məşqçisi imkanlardan yararlana bilmədiklərini deyib:
“Sürətli oyun oldu, hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyun qarşılıqlı hücumlarla keçdi, qol imkanları yaratdıq. “Qəbələ” əlinə düşən imkandan yararlana bildi, bizdə isə alınmadı”.
Fanat.az