"Qarabağ"ın Antalya təlim-məşq toplanışı davam edib. Fanat.az xəbər verir ki, hazırlığın növbəti günündə çalışma ənənəvi olaraq yerli vaxtla saat 11.00-da start götürüb.
"Qarabağ"ın məşqi 90 dəqiqə davam edib. Daha çox fiziki yüklənmələr üzərində qurulmuş çalışmada sonda futbol da baş tutub. Dünəki məşqdə ayağını zədələyən Nikolas Gelaşvili hazırlığa qatılmayıb. Gürcü forvardın 10 gün sonra sıraya dönməsi gözlənilir. Əvəzində əməliyyatdan çıxan Rəşad Sadıqov və düşərgəyə gec qoşulan Reynaldo da toplu çalışmalarda iştirak edib. Riçard Almeyda isə kross qaçmaqla kifayətlənib.
Sabaha "Qarabağ"ın 2 məşqi nəzərdə tutulub.
Fanat.az