FIFA və "France Football" nəşrinin "Qızıl top" mükafatının sahibini müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticələri açıqlanıb. Fanat.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun seçimi də müəyyənləşib.
Alman çalışdırıcı mükafata sahib çıxan "Real"ın və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldonu birinci yerdə göstərərək düzgün seçim edib.
Foqtsun digər seçimləri isə özünü doğrultmayıb. Belə ki, o, ikinci yerdə "Bavariya"dan Filip Lamı, üçüncü yerdə "Borussiya"dan Robert Levandovskini göstərib. Bu futbolçular üçlüyə düşməyib.
Fanat.az