"Qələbə qazanmağımız məni razı salsa da, oyundan narazıyam. Yersiz səhvlər etdik. Bu gün 3 yeni futbolçu debüt etdi. Komandada yeni oyunçuların olduğu hiss olunurdu". Fanat.az xəbər verir ki, bu sözləri Filippinlə oyundan (1:0) sonra millimizin baş məşqçisi Berti Foqts deyib.
Alman çalışdırıcı Ruslan Abışovdan narazılıq edib: "Ruslan özü nəyə görə əvəzləndiyini bilir. Özü də oyunundan razı deyildi. Onu bağışlamaq olar. Abdulla Abatsiyevi meydana buraxmaq istəyirdim. Ancaq rəqibin təzyiqini görüb bunu etmədim. Ümid edirəm ki, o, belə də oynamağına davam edəcək. Bəzi futbolçulara yaxşıca fikirləşmək lazımdı. Müdafiənin mərkəzinə gəlincə, mən Elvin Yuniszadə və Bədəvi Hüseynovdan razıyam. Ancaq dayaq zonasında və hücuma keçəndə biz zəif idik. Bunun səbəblərini bilirəm. Şadam ki, biz hələ yoldaşlıq görüşləri keçirəcəyik. İlin əvvəlinə başlanğıc verdik. May ayında iki oyun keçirəcəyik. Avqust ayında daha birini".
Fanat.az