Ferqyuson: "Ronaldonu ucuz satdıq"

Ferqyuson: "Ronaldonu ucuz satdıq"
Aleks Ferqyuson maraqlı açıqlama verib. Fanat.az xəbər verir ki, "Mançester Yunayted"in sabiq baş məşqçisi Kriştiano Ronaldonun "Real"a satışından danışıb.
"Ser" titullu mütəxəssis portuqaliyalı ulduzun ispan klubuna ucuz satıldığını bildirib: "Onu 80 milyon funt-sterlinqə (94 milyon avro) satdıq. Ronaldonu həmin vaxt 150 milyona "Real"a sata bilərdik. 
Ferqyuson Ronaldonun satışı ilə bağlı "Mançester Yunayted"in sahibi David Gilllə dəvələrlə danışdığını deyib: "Florentino Peres onu çox istəyirdi. Zənnimcə böyük məbləğdə büdcə də ayırmışdı. Gilə Ronaldo üçün "Real"dan 150 milyon funt-sterlinşq istəməli olduğunu dedim. Hətta Peresin bu pulu ödəyəcəyini də bildirdim. O isə mənə "bu qədər pulu verməzlər" dedi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər