Fərid harda oynayacaq?

Fərid harda oynayacaq?

Türkiyənin PTT Liqasında mübarizə aparan “Kahramanmaraşspor”da karyerası uğurlu alınmayan Fərid Quliyev mövsümün qalan hissəsini AZAL-da keçirməyə yaxındı. Bu haqda Fanat.az-a kluba yaxın mənbələr məlumat verib.

Belə ki, Türkiyəyə yollanmamışdan öncə Vaqif Sadıqovun komandasının məşqlərinə qatılan futbolçu yenidən bu mütəxəssisin diqqət mərkəzindədi. Qardaş ölkənin iki klubundan da təklif alan Quliyevin Şüvəlan təmsilçisinə üstünlük verəcəyi deyilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər