AZAL "Simurq"la oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov bu matçda Con Olureminin xidmətindən yararlanmayacaq.
Buna səbəb amerikalı yarımmüdafiəçinin cəzalı olmasıdı. Con "İnter"lə matçın 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alaraq vərəqə limitini doldurub. Oluremi bundan əvvəl "Neftçi" ilə iki oyunda və "Sumqayıt" matçında sarı vərəqə almışdı.
Fanat.az