Fariz Məmmədov: "Revanş döyüşünün vaxtı ayın sonunda bilinəcək"

Fariz Məmmədov: "Revanş döyüşünün vaxtı ayın sonunda bilinəcək"
"Hazırda Antalyada məşqlərimi davam etdirirəm. Bildiyiniz kimi, Qəbələdə almaniyalı Mattias Pelkə qarşı keçirdiyim döyüşdən öncə ağır zədə almışdım. Qabırğam sınmışdı. Müayinədən keçdim, həkimlər mənə müalicə almağı və bərpa olunmağı tapşırdılar". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycanı və "Qəbələ"ni peşəkar boksda təmsil edən Fariz Məmmədov deyib.
Hazırda Antalyada bərpa prosesi keçən boksçu özünü yaxşı hiss edir: "Antalyadakı məşqlərim əsasən bərpa yüklüdü. Həkim nəzarətində yüngül məşqlər edirəm, fitnes salona və üzgüçülük hovuzuna gedirəm. Hazırda özümü yaxşı hiss edirəm. Hesab edirəm ki, revanş döyüşünə tam kimi hazır olacam".
Məmmədov revanş döyüşünün vaxtının yanvar ayının sonunda dəqiqləşəcəyini deyib: "Bu ayın sonuna kimi durumum barədə Dünya Boks Qurumuna (WBO) məlumat verməliyəm. Onlara sənədləşdirilmiş formada son həkim müayinəsinin cavablarını göndərməliyəm. Müayinənin nəticələrinə əsasən döyüşün vaxtı müəyyənləşdiriləcək. Güman edirəm ki, bu yaz aylarına təsadüf edəcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər