Eldar Namazov: "Vüqar şahmat tacına əsas namizəd olacaqdı"

Eldar Namazov: "Vüqar şahmat tacına əsas namizəd olacaqdı"
"EL" hərəkatının sədri Eldar Namazov Vüqar Həşimovun vəfatından danışıb. Fanat.az xəbər verir ki, tanınmış siyasətçi şahmatçının ölümü ilə bağlı "Facebook" səhifəsindən fikirlərini bildirib:
"Ağır xəstəlik Vüqar Həşimova mane olmasaydı, sözsüz ki, o, şahmat tacı uğrunda mübarizədə əsas namizəd olacaqdı. Bu, tək mənim mövqeyim deyil, dünyanın aparıcı şahmat mütəxəssislərinin də fikridi. Vüqarın aramızdan vaxtsız gedişi tək Azərbaycan yox, bütün dünya şahmatı üçün böyük faciədi! Allah sənə rəhmət eləsin!"
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər