"Neftçi" bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da çıxış edən Kərim Diniyev paytaxt klubunu tərk edib.
Artıq Kərimin yeni iş yeri müəyyənləşib. Şahin Diniyevin oğlu AZAL-a keçib. O, artıq yeni klubu ilə 1.5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kərim ilk yarıda "Sumqayıt"da 9 oyuna çıxıb və 483 dəqiqə oynayıb.
Fanat.az