Almaniyanın "Fortuna" klubu növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Dusseldorf təmsilçisi "Bayer"lə qarşılaşıb.
21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü, Berti Foqtsun A millinin mart toplanışına dəvət edəcəyi Tuğrul Erat və U-21-ə namizəd Eren Taşkın start heyətində yer alıb. Tuğrul 90 dəqiqə oynayıb, Eren 75-ci dəqiqədə Giannis Gianniotas tərəfindən əvəzlənib.
Oyun "Bayer"in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İsveçrə yığmasının türk əsilli futbolçusu Eren Derdiyokun het-trik etdiyi oyunda yapon Son Heunq-Min bir qol vurub.
Fanat.az