Derbinin hakimləri açıqlandı - "Böyük oyun"

Derbinin hakimləri açıqlandı - "Böyük oyun"
AFFA Hakimlər Komitəsi "Xəzər Lənkəran" - "Neftçi" matçına təyinatları açıqlayıb. Fanat.az xəbər verir ki, qarşılaşmanı FIFA referisi Rəhim Həsənov idarə edəcək.
Baş hakimə Yaşar Abbasovla Namiq Hüseynov yardımçı olacaq. Dördüncü hakim funksiyasını Feyzulla Feyzullayev yerinə yetirəcək.
Bu oyuna 6 hakim təyinat alıb. Belə ki, Vüsal Əliyevlə Elvin Əsgərov əlavə köməkçi hakimlər olacaq.
Qeyd edək ki, "Böyük oyun" fevralın 9-da Lənkəranda keçiriləcək və saat 16.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər