"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyənin "Hurriyət" qəzetinə geniş müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.
- Fatih Terim türk futbolunda inqilab etməkdən danışır. Buna futbolumuzun ehtiyacı var?
- Fatih Terimin fikrincə, türk futbolunun inqilaba ehtiyacı var ki, belə deyir. İnqilab harada olmalıdı? İnqilab belə çıxışlarla edilən bir şey deyil. İnqilab dəyişiklikli, dönüşdü. Yəni ortadakı hər şey məmun edici deyil. Mütləq dəyişiklik lazımdı. Amma bunun kimin tərəfindən ediləcəyi önəmlidi. "Türk futbolunun islahatlara ehtiyacı var" demək başqa şeydi, "türk futolunun inqilaba ehtiyacı var" demək başqa şey. Türk futbolunun islahatlara ehtiyacı ola bilər, amm inqilaba yox. Türkiyənin indi belə problemi yoxdu. Fatih hoca inqilabdan danışırsa, o inqilab 80-ci illərin sonunda 90-cı illərin əvvəlində gerçəkləşib. Məncə, o, islahatlardan danışır. Buna isə hər zaman ehtiyac var.
- Türk futbolu nə vaxt inqilab edib?
- 80-ci illərin sonundan 90-cı illərin ortalarına qədərki dövrdə düşüncə inqilabı edilib. Həm klub, həm də yığma səviyyəsində bu gerçəkləşib. Bu səbəbdən Fatih hocanın bəhs etdiyi inqilab deyil. Mən onu islahat olaraq anladım. İnqilab başqa bir şeydi. Bir fikrin, qurluşun yenilənməsi və onun üzərində davam edilməsi. İslahat isə bir şeyi yaşayarkən içərisində bəzi detalları dəyişməkdi. İslahat hər şeyin başdan-ayağa dəyişməsi deyil.
- Bu gün türk futbolunun nəyə ehtiyacı var?
- Öncəliklə inamın yenilənməsi lazımdı. Meydanın içində və kənarında etimad mühiti formalaşdırılmalıdı. İkincisi, futbol bir yarışdı, eyni zamanda iddialı olmağı içində daşıyan bir yarış. Toplumu fərqli yönlərə yönəltməyəcək iddialara ehtiyac var. Burda işləyənlər yeni rəng gətirməlidi. Liqalar son illər pasifize olunmuş durumdadı. Yəni millətdə, camiələrdə, azarkeşlərdə həyacan yaradacaq vəziyyət yoxdu. Dava-dalaş var. Aranı qarışdıracaq açıqlamalar verilir, çıxışlar edilər. Amma camiələri idman tərəfindən iddialı, həyacanlı və aktiv edəcək çıxışlar yoxdu.
- Türkiyədə ən çox bəyəndiyiniz futbolçular kimlərdi?
- Təbii ki, belə futbolçular var. Amma açıqlamaqla bir çoxuna haqsızlıq etmiş olaram. Türkiyə çempionatında bəyəndiyim təxminən 15 futbolçu var. Adlarını deməyim yalnış olar.
- Roberto Mançini "türk məşqçilər özlərini inkişaf etdirmirlər, geridə qalıblar" deyib. Haqlıdımı?
- Bu onun fikridi. Amma nəyə əsaslanaraq dediyini söyləmək mümkün deyil. O bizim qonağımızdı. "Qalatasaray"a xidmət edən bir dostumuzdu. "İnkişaf etməyib" deməklə nəyi nəzərdə tutduğunu anlamadım. Bunu idman prinsipləri baxımından, yoxsa sosial sahədə dediyirni bilmirəm. Türk məşqçilərlə danışaraq və ya işlərini izləyərək bu qənaətə gəldiyini də başa düşmədim. Bunlar fərqli dəyərləndiriləcək məsələlərdi. Üstündə çox dayanmağa ehtiyac yoxdu.
- Türkiyədə oynamış Aleks və Haci həmişə müqayisə olunub...
- Hər ikisi türk futboluna və azarkeşlərinə böyük həzz verib. İkisini də izləmək zövqlü idi. Amma onların liderlik keyfiyyətləri fərqlidi. Haci meydanda daha aqressiv davranırdı, komanda yoldaşlarını bu aqressivliklə fərqli yönlərə gətirir, komandanı oyandırırdı. Aleks isə daha sakit bir idi, çox danışmadan, əl-qol hərəkəti etmədən liderlik keyfiyyətini ortaya qoyurdu. Hər ikisi Türkiyə futbolunun qaymağı olub.
- Legioner limiti necə olmalıdı?
- Məncə limit olmamalıdı. Dünyanın ən yaxşıları da bu ölkəyə gəlsə, bizim istedadlı futbolçularımız varsa, onların qarşısını kəsə bilməyəcək. Əcnəbilərin sayını azaldaraq milli komandanı inkişaf etdirə bilməzsiniz. Limit qoymaqla futbolçu yetişdirəcəklərini düşünənlər yalnış hərəkət edir. "Burda 5 türk oynayacaq" deməklə futbolçu yarada bilməzsən. Limiti səviyyə ilə izah edə bilərsən. "Bu səviyyədə futbolçular istəyirəm" deyərsən. Həm kriteriyan olar, həm də limit qoyarsan.
- 6 hakimli sistemin tətbiqi işə yarayır?
- Yox, əsla yaramır. Məsuliyyəti daha çox adam arasında böldüyünüz zaman işin daha yaxşı olmaq ehtiyalı yox, daha pis olmaq ehtimalı artır. Yəni az olan qiymətlidi. Qapı arxasındakı hakimlər özlərini jüvəndə hiss etmir. Türkiyədə 6 hakimli sistemin tətbiqi gərəksizdi.
- Türkiyədə hakimlərə inam var?
- Şəxsən mənim hakimlərə fövqələdə inamım var. Türkiyədə "bu hakimdən qorxuram" deyəcək insan yalan danışır. "Bu hakimin bizim matçımızda olmasından qorxuram" deyən adam qabaqcadan bəhanə axtarır, ya da məğlubiyyətə don geyindirir.
- Bəs hakimlər necə, qorxur?
- Hər şeydən qorxurlar. Azarkeşlərdən, Hakimlər Komitəsindən, mediadan... Hətta bəzi matçlarda futbolçulardan da qorxurlar. Bir-birilərindən qorxduqlarını isə düşünmürəm.
- Fatih hoca "Bir Fatih Terim daha gəlməz deyib. Sizcə, gələmi?
- Doğru deyib. İkinci bir Fatih yetişməz. Dünya yaranandan eyni insandan ikisi olmayıb. Hər kəs təkdi. Yəni, mənim də ikincim olmaz. "Olar" deyən varmı? Bu məsələnin üstündən çox dayanmağa ehtiyac yoxdu.
- Türkiyəni "qorxaqlar ölkəsi" adlandırmışdınız. Bunu deyərkən nəyi nəzərdə tuturdunuz?
- Gələcəyindən qorxmaq, işini iitirməkdən qorxmaq, uğursuz olmaqdan qorxmaq... Bunları hamısı qorxaqlıqdı. Məğlubiyyəti ön plana çıxarmaq qorxaqlıq əlamətidi. Hədəf uduzmaqdan qorxmamaqdı.
- Məğlubiyyətdən qorxan sadəcə baş məşqçilərdi?
- Yox, sadəcə məşqçilər qorxmur, futbolçular da, idarəçilər də, hakimlər də qorxur. Əcnəbilər isə qorxmur. Çünki onların itirəcək şeyləri çox azdı.
- "Qalatasaray"a "yox" dediniz və "Xəzər Lənkəran"a getdiniz. Niyə?
- Bunlar o günün şərtləri və mənim düşüncələrimlə bağlıdı. O gün düşünmədiyim şeyləri, səhəri gün düşünə bilərəm. Fikrimcə, indiki durumda xaricdə işləmək daha yaxşı olacaqdı deyə, belə qərar verdim. "Qalatasaray" mənim yetişdiyim yerdi. Əslində qərarıma "yox" demək olmaz.
- "Qalatasaray" "Fənərbaxça" ilə xal fərqini qapada bilər?
- Çempionluq uğrunda mübarizə aparan klublar ev matçlarının qarşısına əvvəlcədən 3 işarəsi qoyurlar. Bu səbəbdən "Qalatasaray"la "Fənərbaxça" arasında 5 xallıq fərq var. Bu fərqi aradan qaldırmaq olar? Qapana bilər. "Qalatasaray" "Fənərbaxça"nı yenə bilməzə, çempionluqdan danışmağı yersizdi.
- Mustafa Dənizli indi Super Liqa kluğunun başında olsaydı, turnir cədvəli necə olardı?
- Turnir cədvəli bu gün dəyişməsə belə, mövsümün sonunda dəyişərdi. Yalnış anlamayın, indi "Fənərbaxça" lider olduğu üçün demirəm. Başqa bir komanda da lider olsa, mövsümün sonunda mənim çalışdırdığım komanda zirvədə olacaq.
Fanat.az