"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Azərbaycanı tərk edib. Fanat.az xəbər verir ki, türk mütəxəssis İstanbula yollanıb.
Dənizli İstanbulda müayinə olunacaq. Amma səfərin əsas məqsədi tamam başqadı. Deyilənə görə, Türkiyədə klubun sahibi və fəxri prezidenti Mübariz Mənsimovla görüşəcək baş məşqçi gələn mövsümlə bağlı planlarını müzakirə edəcək. Artıq komandanı tərk edəcək futbolçuları müəyyənləşdirən Dənizli klub sahibindən istədiyi transferlərin edilməsini xahiş edəcək.
Fanat.az