DÇ-2014-ün püşkü atıldı: qrupların tərkibi

DÇ-2014-ün püşkü atıldı: qrupların tərkibi
Avqustun 30-dan sentyabrın 14-nədək İspaniyada keçiriləcək basketbol üzrə dünya çempionatının püşkü atılıb. Fanat.az xəbər verir ki, hər birində 6 komanda olan 4 qrupun tərkibi müəyyənləşib.
Qeyd edək ki, qrup mərhələsində ilk 4 yeri tutan komandalar 1/8 finala çıxacaq. 30 avqustda başlayacaq qrup mərhələsi 4 sentyabrda başa çatacaq. 6-7 sentyabrda 1/8, 9-10 sentyabrda 1/4, 11-12 sentyabrda 1/2 finalın oyunları keçiriləcək. Sentyabrın 13-də üçüncü yer uğrunda oyun baş tutacaq. Dünya çempionatının final matçı isə ayın 14-də Madriddə oynanılacaq.
A qrupu: İspaniya, Misir, İran, Serbiya, Braziliya, Fransa.
B qrupu: Argentina, Seneqal, Filippin, Xorvatiya, Porto Riko, Yunanıstan.
C qrupu: ABŞ, Finlandiya, Yeni Zellandiya, Ukrayna, Dominikan Respublikası, Türkiyə.
D qrupu: Litva, Cənubi Koreya, Anqola, Sloveniya, Meksika, Avstraliya.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər